2024-ün mirası
2024-cü ildə Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibədə hər iki tərəfin itkiləri artdı. Suriyada Əsəd rejimi çökdü. Dekabrın 25-də AZAL-ın təyyarəsi Aktauda qəza enişi etdi, 38 nəfər həlak oldu. Təyyarənin Qroznı üzərində Rusiyanın havadan müdafiə sistemi ilə vurulmasına dəlillər artsa da, Moskva faciəyə görə məsuliyyəti üzərinə götürməyib.